Misli Premyer Liqasında IV turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, altı matçda ümumilikdə 5700 tamaşaçı qeydə alınıb.

"Kəpəz" - "Araz-Naxçıvan" (0:2) qarşılaşmasında 200, "Qarabağ" - "Zirə" görüşündə (1:1) 1400, "İmişli" - "Sumqayıt" (1:0) duelində 100, "Turan-Tovuz" - "Qəbələ" (1:0) oyununda 1200, "Şamaxı" - "Karvan-Yevlax" (3:0) matçında 1500, "Neftçi" - "Sabah" (0:0) qarşılaşmasında 1300 fanat olub.

Qeyd edək ki, V tura sentyabrın 19-da start veriləcək.