Misli Premyer Liqasının XX turunda "Araz-Naxçıvan"la oyun "Neftçi"nin qapıçısı Emil Balayev üçün əlamətdar olub. Sport24.az-ın məlumatına görə, 30 yaşlı qolkiper Azərbaycan çempionatları tarixində 100-cü matçına çıxıb. 

 

Azərbaycan millisinin üzvü daha əvvəl Premyer Liqada "Səbail", "Qarabağ" və "Zirə"nin də formasını geyinib. 

 

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Neftçi" qarşılaşmasında ilk hissə oynanılır və hesab açılmayıb.