"Hələ ki fərdi məşq edirəm. Komandayla birgə məşqlərə Şamaxıda qarşıdakı tura hazırlıq prosesində bir araya gələndə qatılacam". Bu fikiırləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın kapitanı Elvin Məmmədov deyib. 

Keçən ili zədə üzündən erkən başa vurmalı olan təcrübəli yarımmüdafiəçi qış fasiləsində Antalya toplanışıda iştirak etsə də, yenidən sıradan çıxdı. Elvin buda məsuliyyətsizlik etdiyini etiraf edib: "Məşqə çıxmaqda bir az tələsdim. Daha doğrusu, 20 gün məşq etmədim, zədəm tam sağaldı və bunda sonra özümdə yükləmələri bir az tez başladım. Tam bərkimədim və bu, pis fəsadını göstərdi. Bir az məsuliyyətsizlik etim. Elə bildim hazıram, o cəhətdən yenidən zədələndim. Amma şükürlər olsun, hər şey artıq qaydasındadı, zədəm sağalır. Bu dəfə daha sağlam, daha güclü vəziyyətdə yaşıl meydana çıxacam".

Maraqlıdı, 35 yaşlı Məmmədov bir kapitan olaraq kənardan komandasının oyununu izlədikdə hansı hisslər keçirir? Onun çıxış etdiyi yarımmüdafiənin mərkəzinə gətiirlən qış transferi, "Kəpəz"in sabiq kapitanı Əli Səmədovun çıxışına necə qiymət verərdi?: "Bunu kapitan olaraq danışmıram, futbolçu olaraq qıraqdan baxmaq daha çətindi, çox çətindi. Mən də istəyirəm ki, komandama kömək olam, amma bunu edə bilmirəm. Hələ ki kənardan mənəvi dəstək oluram. Allaha şükür, komandamız yaxşıdı, gənclər çox yaxşı mübarizə aparır. Hər birinə alqışlar düşür. Əliyə gəlincə, yaxşı futbolçudu. Məncə, komandamızdan bundan da yaxşı xeyir verəcək".

Xatırladaq ki, "Şamaxı" Misli Premyer Liqaısnda növbəti turda fevralın 6-da evdə "Turan Tovuz"la görüşəcək. 

 

 

 

MEHMAN SÜLEYMANOV