"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev polis bölməsindən sərbəst buraxılıb. Bu haqda Sport24.az-a məlumat verən klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev xoşagəlməz olayın təfərrüatları haqda da danışıb: ""əNeftçi"ylə matçdan sonra azarkeşlə Elvin arasında xırda anlaşılmazlıq olub. Polis də bunu şöbədə aydınlaşdırıb və çox qısa müddət sonra Cəfərquliyev sərbəst buraxılıb. O, tez bir zamanda evində olub".
Xatırladaq ki, millimizin də üzvü olan Elvin bu gün AVRO-2024-ün növbəti matçları üçün təlim-məşq toplanışına yığışacaq komandanın düşərgəsində olacaq.
MEHMAN SÜLEYMANOV