"Yeni transferlərimiz həm yerli, həm də əcnəbi olacaq. İstədiyimiz futbolçular var, danışıqlar gedir. Amma ad açıqlaya bilməyəcəm. Çünki bunu rəsmiləşməyənədək edə bilmərəm. Ola bilər alınar, ola da bilər yox. Həm daxili, həm də xarici bazarda danışıqlarımız gedir. Baxırıq futbolçulara, araşdırırıq, istədiyimizlərə təklif göndəririk". Bu fikirləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev söyləyib. 

O, mövsümlərarası fasilədə gücləndirmək istədikləri mövqeləri açıqlayıb: "Əcnəbilərdən stopper, "10 nömrə", hücumçu istəyirik. Əsasən hücum xəttini gücləndirmək istəyindəyik legionerlərlə. Azərbacanlı futbolçularla bağlı təxmini planımız isə orta xətt, cinah oyunçularıdı".

Əliyev yeni mövsümə hazırlıq planlarını hələ ki təxmini müəyyənləşdirdiklərini vurğulayıb: "Amma konkret söz deyə bilmərəm. Çünki hələ dəqiq bir şey bilinmir. Belə fikrimiz var ki, təlim=məqş toplanışımız Bakıda da olsun, xaricdə də - ən azı Türkiyədə. Belə planımız var, amma yüz faizlik deyə bilmərəm ki, nə vaxt necə olacaq. Avrokuboklarda oynamırıq, avqustadək vaxtımız var". 

 

 

MEHMAN SÜLEYMANOV