"9 ildi "Kəpəz"dəyəm. Pis-yaxşı gündə də komandanın yanında olmuşam. "Sarı-göylər"ə yalnız bir klub kimi yox, həm də doğma şəhərimin tək komandası kimi yanaşmışam. Bura mənim evimdi". Bu sözləri Sport24.az-a açıqlamasında Əli Səmədov deyib.
"Kəpəz"lə müqaviləsini yeniləyən futbolçu qarşıdan gələn mövsümlə bağlı fikirlərini də açıqlayıb: "Sponsorumuz hələ də yoxdu. Ona görə də qarşımıza daha böyük hədəf qoya bilmirik. Məqsədimiz elitada qalmaq olacaq. Maksimum çalışacağıq ki, azarkeşlərimizi sevindirək".
Qeyd edək ki, yarımmüdafiəçi ötən həftə "sarı-göylər"lə "1+1" şərti ilə yeni müqavilə imzalayıb.
ABDULLA İSMAYILOĞLU