FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

 

O, UEFA Superkubokunun PSJ (Fransa) - "Tottenhem" (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq. Oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edəcək.

 

Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən "Fruili" stadionunda keçiriləcək.