FİFA referimiz Elçin Məsiyev növbəti dəfə UEFA Konfrans Liqası oyununu idarə edib. Sport24.az xəbər verir ki, o, Liqa mərhələsinin IV turunda keçirilən "Serkle Brügge" (Belçika) – "Harts" (Şotlandiya) oyununun baş hakimi olub.
Ona laysmanlar - Elşad Abdullayev və Pərvin Talıbov kömək edib. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirib.
Meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada ədalət təmsilçimiz belçikalıların bir, qonaqların isə iki futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, "Serkle Brügge" 7 xalla 11-ci, "Harts" isə 6 xalla 17-ci pillədə qərarlaşıb.