AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Avropa Liqasının VI turu çərçivəsində keçiriləcək "Fənərbağça" (Türkiyə) – "Atletik" (İspaniya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

 

Qarşılaşma dekabrın 11-də İstanbulda yerləşən "Şükrü Saracoğlu" stadionunda baş tutacaq.