"Final oyununu canlı izləmək istəyirəm. Bu matçda favorit olmur. Hər iki rəqib ideal və futbol oynamağı bacaran komandadı". Bu sözləri Sport24.az-a açıqlamasında millimizin sabiq futbolçu Əfran İsmayılov deyib.
Artıq karyerasını başa vuran keçmiş yarımmüdafiəçi Azərbaycan Kubokunun finalında keçiriləcək "Neftçi" - "Qəbələ" oyunundan gözləntisini açıqlayıb: "Qəbələ" çox rahat futbol oynayır. Həm kubokdan, həm də çempionatda avrokubok şansları var. "Neftçi" bir az uğursuzluq yaşadı, köklü klubdur. Bunu ən azından titulla bir qismini unutdura bilər. Amma "Neftçi" kuboku qazanmasa, uğursuzluq olar. Bu səbəbdən düşünürəm ki, "Neftçi" titulu qazanacaq".
KAMAL RZA