"Neftçi” Premyer Liqanın VIII turu çərçivəsində qarşılaşacağı “Turan Tovuz”la matçın hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, komandanın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar.
Hazırlıq prosesi əsasən toplu və taktiki çalışmalardan ibarət olub.
Bu gün Tovuza yola düşəcək “ağ-qaralar” oyunöncəsi son məşqi sabah Tovuz şəhər stadionunda keçəcək.
Komandanın yarımmüdafiəçisi Eddi İsrafilov zədəsini tam sağalıb. Sadəcə, Tovuzdakı meydança süni ot örtüyü olduğuna görə 2 aya yaxındı oynamayan Eddinin belə qazonda çıxış etməsi riskli sayılır.
Xatırladaq ki, sentyabrın 30-u saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq “Turan Tovuz” – “Neftçi” matçı “CBC Sport"la canlı yayımlanacaq.