Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində səfərdə "Turan"la 2:2 hesablı bərabərliyə qalan "Qəbələ"nin məşqçisi Xaqani Məmmədov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- Çətin oyun idi. Biz buna hazır idik. Tovuz təmsilçisi əvvəlki turlarda keyfiyyətli oyun sərgiləyib. Futbolçularımız fasiləyədək o qədər də yaxşı oynamadı. Ancaq 2-ci hissədə 0:2-dən bərabərliyə gələ bildik. Komandamıza süni örtükdə oynamaq çətin idi. Uşaqlar əllərindən gələni etdi.
- Hesab etmirsiniz ki, futbolçudan çox məşqçi transferinə ehtiyac var? Ardıcıl 2-ci məşqçi də meydandan kənarlaşdırıldı.
- Futbol emosiyalar oyunudur. İlk epizodda sarı vərəqə verdi. Təmiz cərimə zərbəmizi verməmişdi. Dedim ki, oyunu kişi kimi idarə et. O da ikinci sarını verdi.
- Saat 16:30-da oyuna çıxmaq keyfiyyəti nə dərəcədə aşağı saldı?
- Şərait hər iki komanda üçün eyni idi. Deməzdim ki, hava kiminsə xeyrinə işlədi.