Millimizin baş məşqçisi Canni De Byazi ölkəsi İtaliya mətbuatına 15 ildir Vətədə kənarda yaşaması v ə işləməsi ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, 66 yaşlı italiyalı mütəxəssis gəncliyindən taleyinin aydın olduğunu açıqlayıb: "Vətənimlə əlaqəni heç vaxt kəsməmişəm, amma getmək istədiyimi də bilirdim. Bu bədəl və fədakarlıq öz qiymətini aldı. Bu gün deyə bilərəm ki, qazandığım uğurlara görə İtaliyanı tərk etməyə dəyərdi".

Qeyd edək ki, de Byazi 2020-ci ilin avqustundan millimizi çalışdırır. Onun 2011-2017-ci illərdə baş məşqçisi olduğu Albaniya millisini tarixində ilk dəfə AVRO-2016-ya vəsiqə qazanıb.