Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komanda səfərdə İslandiya ilə qarşılaşacaq.

 

Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. 

 

Qeyd edək ki, Azərbaycan millisi 2-ci turda Ukraynanı qəbul edəcək.

 

DÇ-2026-nın seçmə mərhələsi

I tur

D qrupu

22:45. İslandiya - Azərbaycan

Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot, Mark Naqteqaal

VAR: Jerön Mansxot

AVAR: Klay Ruperti

Reykyavik. "Lauqardalsvöllur" stadionu