"Komandada ab-hava çox yaxşıdır. Futbolçular motivasiyalıdır, istəklidir". Sport24.az xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya ilə oyun öncəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

 

O bildirib ki, tsiklə yaxşı başlamaq istəyirlər: "Düşünürəm ki, elə də olacaq. Komanda qarşısında tələbimiz yoxdur. Özləri qarşılarına tələb qoymalıdırlar. Məncə də, edirlər. Hamımız yaxşı oyun, yaxşı nəticə gözləyirik".

 

Fərəcullayevin sözlərinə görə, uğurlu nəticə üçün komandada motivasiya yaxşıdır: "Futbolda vəd vermək düzgün deyil. Mükafatla bağlı məsələ komandadaxilidir. Bizə nə lazımdır? Motivasiya lazımdırsa, artıq bu var. Bədbin düşünmək qətiyyən olmaz. Əgər bizdə baş məşqçi Fernandu Santuşla bağlı bəd fikir formalaşsaydı, burda olmazdı. Deməli, ancaq pozitiv düşünürük. AFFA prezidenti komanda ilə görüşüb, qayğıları ilə maraqlanıb. Yaxşı müzakirələr olub".

Qeyd edək ki, İslandiya – Azərbaycan oyunu bu gün saat 22:45-də başlayacaq.