Nigeriyanın "Abuca" və Zanzibarın JCU komandaları arasında Tanzaniyada keçirilən beynəlxalq yoldaşlıq oyunu arıların hücumuna görə yarımçıq qalıb. Sport24.az xəbər verir ki, bu barədə "Afrizum" portalı məlumat yayıb.

 

Oyunun 78-ci dəqiqəsində arılar futbolçulara hücum edib. Rəsmilər futbolçulara ot örtüyünə uzanmağı məsləhət görüblər.

 

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Bəziləri hava şəraitinin dəyişməsini, bəziləri isə stadionun yaxınlığındakı çiçəkli ağacların çoxluğunu göstərilir. Stadiondan gələn səs-küyün arıların aqressivləşməsinə səbəb ola biləcəyi də istisna olunmur.

 

Qeyd edək ki, bir neçə dəqiqədən sonra oyun qaldığı yerdən davam edib və  "Abuja"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.