Ötən gecə Buenos-Ayresdə DÇ-2026-nın seçmə mərhələsinin oyunu keçirilib. Sport24.az xəbər verir ki, Argentina Venesuelanı 3:0 hesabı ilə məğlub edib.

 

Qalib komandanın heyətində Lionel Messi dublla yadda qalıb. Bu, onun Cənubi Amerikada zonası üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində 72-ci oyunu olub.

 

Qeyd edək ki, bu göstərici ilə Messi ekvadorlu İvan Hurtadoya çatıb. Hər iki futbolçunun aktivində72 oyun var. İlk "üçlüy"ü isə 66 oyunla paraqvaylı Paulo da Silva tamamlayır.