Azərbaycan millisi Belçika yığmasıyla tarixində 6-cı dəfə görüşəcək. Sport24.az xəbər verir ki, millimiz indiyədək bu rəqblə səfərdə paytaxt Brüsseldə görüşüb və hər 2 qarşılaşmada böyük hesabla uduzub. 

Belçikalılar Bakıdakı matçlarda isə rəqib bir qayda olaraq 1 qol vurub, bunun 2-də minimal hesablı qələbəyə sevinib, 1-də xal itirib. Həmin yeganə büdrəmə 12 il əvvəl hücumçumuz Rauf Əliyevin 86-cı dəqiqədə vurduğu bərabərlik qoluyla baş verib.

Millimiz belçikalılara ilk qolunu isə bu gün oynayacağı Brüsseldə vurub. Onun da müəllifi futbolçu karyerasını yeni bitirən, müdafiəçi Ruslan Abışov olub. Hər 2 qolumuz almaniyalı Berti Foqtsun baş məşqçiliyi dövründə gerçəkləşib. 

Beləliklə, Belçika Azərbaycanla 5 görüşün 4-də qalib gəlib, 1-də heç-heçə edib, 12 qol vuraraq bunun qarşılığında qapısında 2 top görüb.

Xatırladaq ki, bugünkü matç Bakı vaxtilə saat 21:00-da keçiriləcək. 

 

Azərbaycan və Belçika millilərinin qarşılaşmaları:

11.11.2006. Brüssel. AVRO-2008. Belçika – Azərbaycan - 3:0

Baş məşqçi: Şahin Diniyev

 

21.11.2007. Bakı. AVRO-2008. Azərbaycan – Belçika - 0:1

Baş məşqçi: Qyoko Hacıyevski (Makedoniya)

 

29.03.2011. Brüssel. AVRO-2012. Belçika – Azərbaycan - 4:1

Qol: Ruslan Abışov

Baş məşqçi: Berti Foqts (Almaniya)

 

02.09.2011. Bakı. AVRO-2012. Azərbaycan – Belçika - 1:1

Qol: Rauf Əliyev

Baş məşqçi: Berti Foqts (Almaniya)

 

09.09.2023. Bakı. AVRO-2024. Azərbaycan – Belçika - 0:1

Baş məşqçi: Canni de Byazi (İtaliya)

 

 

MEHMAN SÜLEYMANOV