"Çox gərgin və bərabər səviyyədə oyun oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Dani Kintana deyib.
Keçmiş yarımmüdafiəçi UEFA Çempionlar Liqasında keçirilmiş "Atletik" (İspaniya) - "Qarabağ" matçı ilə bağlı fikirlərini bölüşüb:
"Qarabağ" matça çox yaxşı başladı, ilk dəqiqələrdə oyuna nəzarət etdi, lakin "Atletik" bir neçə qol imkanı yaradaraq nəhayət hesabı bərabərləşdirdi. İkinci hissədə çox hadisə baş vermirdi, Navarronun fərdi ustalığı matçın taleyini həll edənə qədər. Buna baxmayaraq, "Qarabağ"ın hesabı bərabərləşdirmək üçün bir imkanı var idi".
Kintana Azərbaycan çempionunun çıxışına da toxunub:
"Qarabağ" oyunu uduzdu, amma heç-heçə də edə bilərdi.
Mən çox sevinirəm ki, "Qarabağ" İspaniyanın yüksək səviyyəli komandaları ilə bərabər səviyyədə mübarizə apara bilir. İstənilən stadionda xal qazana biləcək bir Azərbaycan komandası görürəm".
Qeyd edək ki, "Qarabağ" İspaniyadakı matçda 1:3 hesabı ilə uduzub.