"Bu, təmsilçimizin UEFA Çempionlar Liqasında ən vacib oyunudur". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

 

59 yaşlı mütəxəssis Liqa mərhələsinin VI turunda bu gün keçiriləcək "Qarabağ" - "Ayaks" oyunu ilə bağlı fikirlərini bölüşüb: 

 

"Düşünürəm ki, bu matçda qələbə qazansalar, növbəti mərhələ üçün yetərli olacaq. Komandanın əlində çox yaxşı şans var. Ancaq "Ayaks"ın xalsız olması bizi aldatmamalıdır. Çox böyük klubdur. Komandada məşqçi və futbolçu baxımından böyük dəyişikliklə olur. "Qarabağ" bugünkü qarşılaşmaya tam məsuliyyətlə çıxacaq. Bizi gərgin matç gözləyir. Bəlkə də klubun tarixinə qızıl hərflərlə yazılan oyun olacaq. Komandaya uğurlar arzulayıram".

 

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Ayaks" oyunu saat 21:45-də start götürəcək.