DÇ-2026-nın pley-off mərhələsində yer alacaq Türkiyə millisi Rumıniya ilə oynayacağı matçın stadionunu açıqlayıb. Sport24.az xəbər verir ki, martın 26-keçiriləcək oyun "Beşiktaş Park" arenasında keçiriləcək.

 

Qarşılaşmaya Bakı vaxtilə saat 21:00-da start veriləcək.

 

Xatırladaq ki, Vinçenso Montellanın rəhbərlik etdiyi kollektiv bu stadionda çıxdığı 67 görüşün 29-da qalib gəlib, 22-də uduzub, 16 matç bərabərliklə yekunlaşıb.