"Qarabağ" komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq. Sport24.az xəbər verir ki, "köhlən atlar" Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək.
Liqa mərhələsinin VI turunun oyunu saat 21:45-də start götürəcək.
Qarşılaşmanın baş hakimi sloveniyalı Rade Obrenoviç olacaq.
Azərbaycan çempionu hazırda 7 xalla 21-ci pillədə qərarlaşıb. Bütün görüşlərdə uduzan Amsterdam təmsilçisi sıfır xalla sonuncu-36-cı sıradadır.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VI tur
21:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland)
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
Yan xətt hakimləri: Yure Praprotnik, Qreqa Kordej
Dördüncü hakim: Mateo Tozan
VAR: Matey Yuq
AVAR: Alen Boroşak
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)
UEFA nümayəndəsi: Yens Futterknext (Almaniya)
Tofiq Bəhramov adına Respublika stadionu