Misli Premyer Liqasında XIV turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, beş qarşılaşmada ümumilikdə 7710 tamaşaçı qeydə alınıb.

 

"Zirə" - "Qarabağ" matçında (1:1) 1200, "Karvan-Yevlax" - "Şamaxı" görüşündə (0:3) 2000, "Sabah" - "Neftçi" (2:0) duelində 3500, "Araz-Naxçıvan" - "Kəpəz" oyununda (2:0) 100, "Sumqayıt" - "İmişli" matçında (1:0) 910 fanat tribunada yer alıb.

 

"Qəbələ" - "Turan Tovuz" qarşılaşması qeyri-sabit hava şəraitinə görə təxirə salınıb.

 

Qeyd edək ki, XV tur dekabrın 13-də başlayacaq.