Futbol üzrə İsveçrə çempionatında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə “Lutsern”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 38-ci dəqiqədə millimizin hücumçusu vurub.
 
“Qrasshopper” hazırda 8 xalla 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.