Perunun paytaxtı Limada keçiriləcək yeniyetmə cüdoçular arasında dünya çempionatının püşkatma mərasimi baş tutub. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin idmançılarının ilk görüşlərdəki rəqibləri də bəlli olub.

 

Bahadır Feyzullayev (50 kq) – Daniel Kastillo (Peru)/Aleksey Toptıgin (neytral status) cütünün qalibi
Məhəmmədəli Hüsiyev (50 kq) – Tomas Qidoni (İtaliya)/Sverre De Vitt (Belçika) cütünün qalibi
Nihad Məmişov (55 kq) – Amir Temirbayev (Kanada)
Cəsur İbadlı (73 kq) – Valentino Flores (Peru)
Mehdi Abbasov (81 kq) – Leonardo Kopat (İtaliya)
Əli Qazıməmmədov (81 kq) – Jatin Jatin (Hindistan)/David Yursovşi (Fransa) cütünün qalibi
Sübhan Axundov (+90 kq) – Alexandro Roxas (İspaniya)/Kioma Miki (Yaponiya) cütünün qalibi.