"Təlim-məşq toplanışının çox yaxşı keçdiyini deyə bilərəm. Bəzi səhvlərimiz var idi və üzərində işlədik". Bunu Sport24.az saytına açıqlamasında "Sabah"ın futbolçusu Coy-Lens Mikels deyib.

Hücumçu komandasının toplanışını dəyərləndirib, "Şamaxı" ilə (2:0) keçirilən yoxlama görüşündən danışıb: "Artırmaq üçün çalışdıq. "Şamaxı"ya qarşı oyunda da bəzi səhvlərimiz oldu və bunun da üzərində işləməliyik. Bundan sonra isə qarşıdakı ilk rəsmi oyuna hazırlaşacağıq".

 

Qeyd edək ki, "Sabah" toplanış dönəmində bir yoxlama keçirib. "Bayquşlar" "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib.