Millinin futbolçusu Coşqun Diniyevin yeni klubunun adı bəlli olub. Sport24.az xəbər verir ki,  yarımmüdafiəçi "Bandırmaspor" ilə müqavilə bağlayıb.

 

O, Türkiyə I Liqa təmsilçisi ilə 1 illik anlaşıb. Diniyevin yeni klubu son mövsümü 50 xalla 9-cu pillədə bitirib.

 

Qeyd edək ki, Diniyev ötən mövsüm Türkiyə I Liqasının digər təmsilçisi "Ümraniyəspor" formasını geyinib.