Ötən gecə Çempionlar Liqasında I təsnifat mərhələsi başa çatıb. Sport24.az xəbər verir ki, cavab oyunları çərçivəsində son 2 matç keçirilib.
"Qarabağ"ın potenasial rəqibləri - "Linfild" (Şimali İrlandiya) - "Şelburn" (İrlandiya) - arasında baş tutan görüşdə qalib müəyyənləşməyib. Komandalar hərəyə bir dəfə fərqlənsə də, iki oyunun yekun nəticəsinə görə, "Şelburn"u Bakıya səfər gözləyir.
Bolqarıstan çempionu "Ludoqerets" isə Minsk "Dinamo"sundan üstün olub.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
"Linfild" (Şimali İrlandiya) - "Şelburn" (İrlandiya) - 1:1
Qollar: Şields, 45+3 - Kut,26
İlk oyun - 0:1
"Dinamo" (Minsk, Belarus) - "Ludoqorets" (Bolqarıstan) - 2:2
Qollar: Djimet, 54, Pedro, 62 - Markus, 41, Beyl, 100
İlk oyun: 0:1