"Araz-Naxçıvan" daha dinamik, daha sürətli futbol oynadı". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultonov deyib.

Keçmiş yarımmüdafiəçi təmsilçimizin Bakıda Yunanıstanın "Aris" kollektivinə qalib gəldiyi (2:1) Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu ilə bağlı danışıb:


"Məncə, bütün komponentlərdə "Arisi" üstələdilər. Heyətində təcrübəli futbolçular var ki, belə matçları çox görüblər. Səfərdəki oyuna bu heyətdəki futbolçuların keyfiyyəti çatır ki, "Aris"i üstələsinlər".

Sultanov rəqibin matçlarını izlədiyini vurğulayıb:


"Aris" doğma meydanda daha fərqli futbol oynayır. Əlavə olaraq azarkeş amilini də qeyd etmək lazımdır. Rahatlığım ondan ibarətdir ki, Naxçıvan təmsilçisinin heyətindəki futbolçular bu cür atmasferi görüblər və bu oyundan daha yaxşı nəticə ilə çıxacağlarına ümid edirəm. Futbol 90 dəqiqədir. Mərhələ keçmək şansları var".