"Zirə"ninfutbolçusu Ceyhun Nuriyev Sport24.az-a müsahibə verib.

 

- Misli Premyer Liqasında "Qarabağ"la heç-heçə etdiniz. Oyunla bağlı nə deyə bilərsən?

- Ağır oyun keçdi bizim üçün. Yaxşı başlayan tərəf biz idik. İlk hissənin sonlarına yaxın rəqib üstünlüyü ələ keçirdi. İkinci hissədə çox yaxşı müdafiə olunduq və qələbə də qazana bilərdik.

 

- Səncə, qələbəyə nə mane oldu? "Qarabağ" kimi komandanı məğlub etmək üçün nə etmək lazımdır?

- Sıx, kompakt müdafiə və sürətli əks-hücum lazımdır. Bunu ilk hissədə yaxşı etdik və qolu vurduq. Etdiyimiz şeyləri daha yaxşı etsək qələbə qazanmaq olardı.

 

- Ağdam təmsilçisinin ehtiyatda bir oyunu qalsa da, hazırda ikinci pillədə qərarlaşmısınız. Çempionluğa iddia edə bilərsiniz? 

- Bunlara iddia eləmək çox tezdi məncə. Sadəcə çıxıb hər oyun qələbə qazanmaq istəyirik.

 

-  Növbəti turda "Şamaxı"nın qonağı olacaqsınız. Rəqib də formadadır. Bu görüş haqqında düşüncələrin nədir?

- "Şamaxı" ilə oyunlar həmişə çox ağır keçir. Səfərdə olmağı bunu 2 qat ağırlaşdırır. Çox diqqətli olmalıyıq və əlimizə keçən fürsətləri maksimum dəyərləndirməliyik.

 

- Səncə, "Zirə"nin hazırkı heyəti titul qazanmaq üçün yetərlidirmi?

- Yetərlidir. Bu heyət kubok qazanmağa qadirdir və layiqdir.