Ötən gün Çempionlar Liqasında I təsnifat mərhələsinin növbəti matçları keçirilib. Sport24.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 matç baş tutub.

 

Ev sahibləri cəmi 1 oyunda uğursuzluğa düçar olublar. Estoniya çempionu "Flora" öz meydanında böyük hesabla məğlub olub. 2 oyunda qalib məyyənləşməyibsə də, 5 qarşılaşmada meydan sahibləri qalib gəliblər.

 

Qeyd edək ki, mərhələnin cavab qarşılaşmaları iyulun 16-17-də keçiriləcək.

 

Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
10 iyul

"Ordabası" – "Petrokub" - 0:0
"Flora" – "Selye" - 0:5
RFŞ – "Larne" - 3:0
"Slovan" – "Struqa" - 4:2
"Klaksvik" – "Differdanj" - 2:0
"Lüdoqorets" – "Dinamo" Bt - 3:1
"Dinamo" Mn – "Pünik" - 0:0
"Borats" – "Eqnatiya" - 1:0