AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. Sport24.az xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Astana” (Qazaxıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) oyununun UEFA nümayəndəsi olacaq.

Bu görüş noyabrın 30-da Astanada keçiriləcək.

Xatırladaq ki, Zaqreb "Dinamo"sunda millimizin futbolçusu Mahir Emreli çıxış edir.