"Düşünürəm ki, biz çətin missiyanın öhdəsindən gələcəyik". Sport24.az xəbər verir ki, bunu "Səbail"ə yeni baş məşqçi təyin olunan Cavid Hüseynov jurnalistlərə açıqlamasında deyib.Bu gün komandanı ilk məşqə çıxaran gənc mütəxəssis əsas hədəflərinin Premyer Liqada qalmaq olduğunu bildirib: "Səbail" kimi kollektivdə çalışmaq hər bir məşqçinin arzusudur. Buraya gəldiyim üçün xoşbəxtəm. Reallıq budur ki, komandamızın turnir cədvəlindəki mövqeyi ürəkaçan deyil. Buna görə də əsas məqsəd Premyer Liqadakı yerimizi qorumaq olacaq. Düşünürəm ki, mübariz kollektiv sayəsində üzərimə düşən işi yerinə yetirəcəyik. Bu təklif mənə gələndə bəzi şəxslərlə söhbətləşdim. Həqiqətən gördüm ki, komandada istedadlı oyunçular çoxluq təşkil edir. "Turan Tovuz"da köməkçi məşqçi kimi çalışarkən rəqib olaraq "Səbail"i təhlil etdiyim zaman komandanın potensialının yüksək olduğunu hiss edirdim".

 

Qeyd edək ki, Cavid Hüseynov bu vəzifədə Şahin Diniyevi əvəzləyib.