Misli Premyer Liqasında III dövrə başa çatıb. Sport24.az 27 tur ərzində çempionatda qol vurmuş ən gənc futbolçularla bağlı araşdırma aparıb.

İlk pillədə "Neftçi"nin üzvü Murad Məmmədov qərarlaşıb. Yarımmüdafiəçi 2024-cü ilin noyabrında "Şamaxı" ilə heç-heçə etdikləri (2:2) matçda fərqlənib. O, bunu 18 yaş, 6 ay, 13 günündə bacarıb.

İkinci sırada "Sumqayıt"dan Nihad Əhmədzadə yer alıb. O, martın 10-da "Kəpəz"ə qalib gəldikləri (3:0) qarşılaşmada adını tabloya yazdırıb. Əhmədzadə 18 yaş, 7 ay, 15 günündə buna nail olub.

İlk "3-lüy"ü Sadiq Şəfiyev qapayır. Hazırda "Kəpəz"də çıxış edən forvard "Turan Tovuz"un heyətində bunu bacarıb. O, ötən il sentyabrın 29-da "Şamaxı" ilə bərabərə qaldıqları görüşdə rəqib qapısına yol tapıb. Şəfiyev 18 yaş, 11 ay, 16 günündə qol vurub.