Yanvarda AFFA-da rəhbər vəzifə tutan funksionerlərdən biri postundan uzaqlaşdırılacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik assosiasiyannın texniki direktoru Cahangir Həsənzadənin işindən narazı olduğu üçün onunla yollar ayrılacaq.
Buna səbəb Həsənzadənin nəzarəti altında olan müxtəlif yaş qrupları üzrə yığmaların beynəlxalq turnirlərdə bərbad çıxış etməsidi.
Artıq onun kimin əvəzləyəcəyi də böyül ölüçüdə məlumdu. Bizə verilən məlumata əsasən, boş qaln posta iki namizəd var və hər ikisi "Sabah"da çalışır. Söhbət "bayquşlar"ın idman direktoru, İdarə Heyətinin üzvü İqor Ponomaryovdan və akademiyanın xorvatiyalı koordinatoru Adino Mustedanaqiçdən gedir.