Azərbaycanın I Liqa təmsilçisi "Baku Sportinq" heyətini Premyer Liqa təmsilçiləri "Neftçi" və "Sumqayıt"ın sabiq müdafiəçisi Cabir Əmirli ilə gücləndirib. Bu barədə klubun mətbuat xidmətindən bildirilib.
29 yaşlı futbolçu adıçəkilən klublarla yanaşı, "İnter", "Keşlə", "Səbail" və "Mingəçevir"də də çıxış edib.