"Əlbəttə, bu gün hər bir azərbaycanlıya pis təsir edir Qənirə xanımın vəfatı. Çünki o, həqiqətən hər kəsin bir sevgisini qazanmışdı. Ən acı günlərimizdə fəal olmuşdu. Neçə illər beynəlxalq konfranslarda düşmənlərimizlə mübahisələr edərək, onları necə yerlərinə otuzdurmaqlarını görmüşdük. Həmişə qazilərimiz, şəhid ailələrimizlə sıx-sıx əlaqədə olan bir şəxs idi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
Tovuzdan olan deputat, doğma rayonunun futbol klubunun fəal azarkeşi, Futbolun İnkişaf Fondunun həmsədri olan Qənirə Paşayevə 48 yaşında vəfat etdi. Abbasov gözəl, dəyərli bir insanı itirdiklərini vurğulayıb: "O, tovuzlu olduğu üçün "Turan Tovuz"u da çox sevirdi. Birinci Divizionda çempionluqlarında həmişə iştirak edib. Ən böyük arzusu da "Turan Tovuz"u Premyer Liqada görmək idi. Bunu üçün də çox səy göstərib. Tovuz Premyer Liqaya qayıtdı və buna çox sevinirdi".
Abbasov mərhum millət vəkilinin "Turan Tovuz"a sponsor tapılması üçün çox səy göstərdiyini xüsusi vurğulayıb: "Bilirsiniz ki. Paşayeva Futbolun İnkişaf Fondunda idi. Bu gün "Turan Tovuz" ona çox borcludu. Klubumuzun belə yerlər gəlib çatmasında Qənirə xanınım da əməyi var. Həqiqətən hər kəs pis olub onun ölümünə. İnşallah, Tovuzla, klubla bağlı yaddaşlarda həmişə alacaq. Qənirə xanım Tovuz, "Turan Tovuz" üçün daim ən yaxşı, ən sevimli azarkeşlərdən biri olaraq xatirələrdə əbədi qalacaq. Allah rəhmət eləsin!".
Xatırladaq ki, "Turan Tovuz"a bu ilin fevralında "Huner Group" baş sponsor oldu və onun rəhbəri olan tovuzlu iş adamı Ehtiram Quliyev klubun İdarə Heyətinin yeni sədri seçildi.
MEHMAN SÜLEYMANOV