Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 12-ci tur start götürür. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Tovuzda baş tutacaq.

 

"Boz qurdlar" öz meydanında "Qarabağ"ı qonaq edəcək. Hazırda turnir cədvəlində "Qarabağ" 27 xalla liderdir. Ağdam təmsilçisinin ehtiyatda 1 oyunu da var. "Turan Tovuz" isə 24 xalla 2-cidir. Turun mərkəzi görüşündə kimin qalib gələcəyi maraqla gözlənilir. 

 

Qeyd edək ki, Əliyar Ağayevin idarə edəcəyi matçın start fiti saat 18:30-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XII tur

18:30. "Turan Tovuz" - "Qarabağ" 0:0 

 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Azər Əsgərov

Tovuz. Şəhər stadionu.

 

"Turan Tovuz": 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con, 21. Aleks Souza

 

Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 22. Nahid Əliyev

 

Baş məşqçi: Kurban Berdiyev

 

"Qarabağ": 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk

 

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica, 11. Emmanuel Addai

 

Baş məşqçi: Qurban Qurbanov