Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Turan Tovuz" bu gün növbəti yoxlama oyunlarını keçirəcək. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Antalyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün iki matça çıxacaq.
Ayxan Abbasovun yetirmələri öncə Macarıstan "Şiofok"u ilə qarşılaşacaq. Günün ikinci matçında isə rəqib Özbəkistan "Nasaf"ı olacaq.
Qeyd edək ki, Tovuz təmsilçisi bunadək Rumıniyanın "Voluntari" klubu ilə görüşüb və 0:2 hesabı ilə uduzub.
Yoxlama oyunları
15 yanvar
"Turan Tovuz" – "Şiofok" (Macarıstan)
"Turan Tovuz" – "Nasaf" (Özbəkistan)