Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Turan Tovuz" bu gün yoxlama oyunu keçirəcək. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Antalya toplanışında ilk matçına çıxacaq.

 

"Boz qurd" Rumıniya təmsilçisi "Voluntari" ilə qarşılaşacaq. Dünən keçirilməli olan, lakin əlverişsiz hava şəraiti üzündən təxirə salınan matç "Topkapı Sport Center"in meydanında baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

 

Qeyd edək ki, tovuzlular yanvarın 15-də daha iki yoxlama görüşünə çıxacaq. "Turan Tovuz" günün ilk oyununda Macarıstan təmsilçisi "Şiofok"la, ikinci matçında Özbəkistanın "Nasaf" klubu ilə qarşılaşacaq.

 

17:00. "Turan Tovuz" - "Voluntari" (Rumıniya) 0:2 

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev (K), 6. Bruno Qonçalves, 7. Paçu Lira, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 14. Slavik Alxasov, 15. Emmanuel Hakman, 80. Oto Con, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 39. Sadiq Quliyev, 4. Şəhriyar Əliyev, 25. Denis Marandiçi, 79. Martin Petkov, 9. Belajdi Pusi, 77. Fərid Nəbiyev, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 57. Cavid Qasımov.

Baş məşqçi: Ayxan Abbasov.

"Topkapı Sport Center"in meydanı.