Qvineyanın ən bahalı hücumçuları açıqlanıb. Sport24.az-ın məlumatına görə, siyahını "Africafoot" nəşri tərtib edib. 

 

"10-luğ"a "Zirə"nin futbolçusu Salifu Suma da düşüb. O, ölkəsində bazar dəyəri (850 min avro) yüksək olan doqquzuncu forvarddır. 

 

Birinci pillədə 40 milyon avro dəyərlə Dortmund "Borussiya"sından Seru Qirassi yer alıb. 

 

İlk "üçlüy"ü Almaniyanın "Sankt-Pauli" komandasından Morqan Qilavoqi və Belçikanın "Antverpen" kollektivində çıxış edən Məhəmməd Bayo qapayır.