Başa çatan mövsümün yekunlarına görə, I Liqaya vəsiqə qazanan "Şəfa" daha bir diqqət çəkən transferə hazırlaşır. Sport24.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu millinin sabiq üzvünü "rənglərinə bağlamaq" istəyir.
Redaksiyamıza daxil olan bilgiyə əsasən, I Liqanın debütantı Qara Qarayevə təklif göndərib. Klub rəhbərliyi 32 yaşlı futbolçuya aylıq 8 min manat maaş verməyə razıdır.
Qeyd edək ki, Qaranın "Araz-Naxçıvan"la müqaviləsi iyunda başa çatır. O, 2024/25 "futbol ili"ndə Naxçıvan klubunun heyətində ümumilikdə 24 oyuna çıxıb.