AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda iki komandaya texniki məğlubiyyət verilib.

 

AFFA U-12 Liqasında keçirilməli olan "Kürdəmir" – "Çərəkə" (Göyçay) oyunu "Kürdəmir" komandasının heyətində yetərsay olmadığına görə baş tutmayıb və meydan sahiblərinə 0:3 hesablı məğlub elan edilib.

 

AFFA U-10 Liqasında keçirilməli olan "Karvan" (Yevlax) – "Antiguoko İnternational" oyunu "Karvan" (Yevlax) komandası təyin edilən vaxtda meydanda olmayıb və kluba texniki məğlubiyyət verilib.