İyunun 6-dan etibarən Bakıda 2013-2014-cü il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli turnir keçiriləcək. Sport24.az xəbər verir ki, Binə stadionunda təşkil olunacaq yarışda Misli Premyer Liqası klubları və ödənişsiz oyunçu qəbul edən akademiyalar istisna olmaqla digər komandalar iştirak edə biləcəklər.
Olimpiya sistemi əsasında baş tutacaq turnirdə məğlub olacaq komandalar yarışdan kənarlaşdırılacaqlar.