"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin Sport24.az-a müsahibəsi
- Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələdiniz. Oyunla bağlı nə deyə bilərsən?
- Hesab 3:0 olsa da, bizim üçün asan matç deyildi. Rəqibin kifayət qədər yaxşı hazırlaşdığı görünürdü. Buna baxmayaraq qələbə qazanan tərəf biz olduq və finala yüksəldiyimiz üçün şadıq.
- İlk hissədə rəqibin müqavimətini qıra bilmirdiniz. Bunu nə ilə əlaqələndirirsən?
- "Araz-Naxçıvan"ın da burada rolu var idi. Qarşılaşmaya çox yaxşı hazırlaşmışdılar. İlk yarıda təhlükəli hücumlarımızın qarşısını almağı bacardılar. Amma təzyiqi davam etdirdik və sonda qollar vuraaq turu keçən tərəf olduq.
- İlk oyunda 0:1 hesabı ilə uduzmuşdunuz. Məğlubiyyətə səbəb nə olmuşdu?
- Həmin matçda da qol şanslarımız olmuşdu. Bunlardan yararlana bilməmişdik. Bundan əlavə, həmin görüşdə çoxsaylı rotasiyalar var idi. Düşünürəm ki, rəqibin bizi yaxşı təhlil etməsi rol oynamışdı.
- Artıq finaldasınız. Hədəf "qızıl dubl"dur?
- Əlbəttə. Məqsədimiz budur. Mövsümə başlayanda da bunu qarşımıza hədəf qoymuşduq. Hər iki titula sahib çıxmaq istəyirik. Buna görə final oyununa da maksimim ciddiyyətlə hazırlaşacağıq.
- Finalda hansı komanda ilə üz-üzə gəlməyin sizin üçün fərqi varmı?
- Xeyr. Hansı kollektiv ilə oynaycağımızın bizim üçün o qədər də fərqi yoxdur. Əsas məqsədimiz öz oyunumuzu yaxşılaşdırmaqdır. Rəqibin kimliyinin önəmi yoxdur. Komanda yoldaşlarımız hamımız "Sabah" - "Neftçi" oyununu izləmişik.