"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrənin "Bazel" komandasının baş məşqçisi Patrik Rahmen püşkü dəyərləndirib. Sport24.az xəbər verir ki, 52 yaşlı mütəxəssis cəlbedici klublarla eyni qrupa düşmədiklərinə görə təəssüfləndiklərini söyləyib. 

O, bu rəqiblərlə oyunlarda stadiona azarkeş yığa bilməyəcəklərini də sözlərinə əlavə edob "Bundan başqa, uzun səyahətlərdən sonra çempionatda vacib oyunlara çıxmalı olacağıq. Lakin burada müsbət məqamlar da var. Əsas hədəfimiz qrupdan çıxmaq olacaq".

Qeyd edək ki, "Qarabağ" "Bazel"lə yanaşı, Kiprin "Omoniya" və Qazaxıstanın "Kayrat" klubları ilə H qrupunda mübarizə aparacaq.