"Everton" yeni stadionunun ad hüquqlarını beynəlxalq kommersiya hüquq firması olan "Hill Dikinson" şirkətinə satıb. Sport24.az xəbər verir ki, klub rəsmi olaraq açıqlayıb ki, 52 888 tamaşaçı tutumuna malik yeni stadion "Hill Dikinson Stadium" adlandırılıb.

 

Tərəflər arasında uzunmüddətli müqavilə bağlanıb. Müqavilənin detalları açıqlanmasa da, klub bunun Avropada stadion adlandırılması üzrə ən böyük razılaşmalardan biri olduğunu bildirib.

 

Xatırladaq ki, "Everton" 1892-ci ildə istifadəyə verilmiş "Qudison Park" stadionunu tərk edərək yeni arenaya köçür.