Bu gün Azərbaycan 1-ci liqasında 26-cı tura yekun vurulub. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.

 

2-ci yerdəki "İmişli" "Bakı Sportinq"lə, 3-cü pillədəki "Karvan" isə "Qaradağ Lökbatan"la qarşılaşacaq.

 

"İmişli" "Bakı Sportinq"lə oyunda qələbə qazanaraq 2-ciliyi təmin edə bilərdi. Buna "Karvan"ın öz oyununda 2:2 hesablı heç-heçə etməsi də şərait yaratmışdı. Lakin İmişlidə keçirilən görüş qolsuz bərabərliklə başa çatıb. Bununla da 2-ci və 3-cü pillələrin taleyi son - 27-ci turda həll olunacaq.

 

Bu gün həmçinin "Difai" "Cəbrayıl"la, MOİK "Mingəçevir"lə üz-üzə gəlib.

 

Qeyd edək ki, 1-ci liqada "Qəbələ" çempionluq qazanıb. Əyalət təmsilçisi ilə yanaşı, "İmişli" və "Karvan" növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.

 

16 may (cümə)

 

17:00. "Difai" – "Cəbrayıl" - 1:1

Qollar: F.Kərimzadə, 59 – S.Əliyev, 80 - avtoqol

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov

Şamaxı OİK stadionu

 

17:00. "İmişli" – "Baku Sporting" - 0:0

Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Zakir Şükürzadə, Sənan Bayramzadə

Heydər Əliyev adına İmişli şəhər stadionu

 

17:00. MOİK – "Mingəçevir" - 1:3

Qollar: İ.Əliyev, 66 - pen. – N.Əliyev, 14; A.Nəsibov, 33; A.Usman, 82

Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Anar Bədəlov, Şamil İmanzadə

Binə qəsəbə stadionu

 

17:00. "Karvan" – "Qaradağ Lökbatan" - 2:2

Qollar: E.Morgan, 50; E.Qasımov, 74 – T.Mütəlimov, 10; T.Əmircanov, 45 - pen.

Hakimlər: Mahmud Bağırzadə, Nurlan Əhmədzadə, Rasim Axundov, Ruslan Quliyev

Yevlax şəhər stadionu