Azərbaycan 1-ci liqasında "Ayın qolu" layihəsi çərçivəsində MOİK-in futbolçusu İbrahim Əliyev mükafatlandırılıb. Sport24.az xəbər verir ki, aprel ayının ən yaxşı qolunun müəllifinə mükafat 26-cı turun MOİK - "Mingəçevir" oyunundan əvvəl verilib.

 

Mükafatı Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.