"Bazel" və "Qarabağ" arasında İsveçrədə keçiriləcək Konfrans Liqasının qrup oyununa maraq azdı. Sport24.az xəbər verir ki, bu barədə meydan sahiblərinin baş məşqçisi Patrik Rahmen görüş öncəsi təşkil olunmuş mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, pley-offa vəsiqəni artıq təmin edən komandaların qarşılaşmasına 9 mindən az bilet satılıb: "Matçın az sayda fanatın iştirakı ilə keçirilməsi ehtimalı var. Azakeşlər komandanı yüksək səslə dəstəkləsələr, bu, əlbəttə, bizə kömək edəcək".

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri olaraq 1/8 finala yüksələ bilər.